AZ   |   RU
Belçika Senatının sədri Ermənistan və Azərbaycan arasında sülh prosesinin vacibliyini bildirib

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Ermənistan Respublikası parlamentinin vitse-spikeri Hakob Arşakyan Belçika parlamentinin Nümayəndələr Palatasının sədri Peter de Ruver və Senat sədri Vinsent Blonde ilə görüşüb.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Assambleyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Departamenti məlumat yayıb.


Həmsöhbətlər regionda sülhün bərqərar olmasına yönəlmiş səyləri dəstəklədiklərini bildirib.


Qeyd olunub ki, bundan əlavə Belçika Senatının sədri Ermənistanla Azərbaycan arasında sülh prosesinin vacibliyini bəyan edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 9-04-2025, 12:50