AZ   |   RU
İran ABŞ ilə görüş ərəfəsində İraqda proksi qüvvələrinə raket göndərib - “The Times”

İran ABŞ ilə danışıqlara hazırlaşarkən İraqdakı proksi qüvvələrinə uzaqmənzilli raketlər göndərib. 


Missiya.Az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.


Bildirilib ki, Tehran İsrailin HƏMAS və Hizbullaha qarşı hücumlarından sonra ciddi şəkildə zəifləmiş bölgədəki hərbi mövcudluğunu İraqdakı silahlılara silah göndərməklə gücləndirməyə çalışır. 


“Silahlı qruplar əslində tərksilah etməyə razılıq verməyiblər. Son 48 saat ərzində tərksilah nümayiş etdirmək üçün edilən səylər saxtadır. İrana məxsus uzaqmənzilli yer tipli raketlər silahlılara təhvil verilib. Silahların ötürülməsi SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən təşkil edilib. Digər iki növ raket “Qüds-351” və “Camal-69” ballistik raketləri də ötən həftə İraqa qaçaqmalçılıq yolu ilə aparılıb”, - deyə vurğulanıb.



Daşqın Həsənov
Missiya.Az



  • 9-04-2025, 11:24