AZ   |   RU
Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir.


Missiya.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.


Hal-hazırda yollardakı vəziyyət:


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;


2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;


4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;


6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;


7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;


9. Babək prospekti, mərkəz istiqamətində;


10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;


11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;


12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.



  • 9-04-2025, 09:01