Şənbə 26 Aprel 2025 / 21:39:14
                    AZ   |   RU
"150 manat mənə heç 1 gün də bəs etmir"

"Əməkdar artist" fəxri adına görə ayda 150 manat alıram. O pul isə mənə heç bir gün də bəs etmir".

Missiya.Az 
xəbər verir ki, bu barədə Əməkdar artist Gövhər Rzayeva "Tarixin bir günü" verilişində danışıb.

"55 ildir bu sənətdəyəm. Köhnə nəsil qarmon ifaçılarından birinci mən çıxmışam. Ehtiyacım var, deyim, heç olmasa mənə Prezident təqaüdü versinlər. Qocalanda heç kimə möhtac olmayım. Axı sənətim var, dolanmalıyam. Mənim yaşım var, həmin təqaüdü verməlidirlər. Amma vermirlər. İndi buna görə dava etməyəcəyəm ki...", - deyə Qarmon ifaçısı əlavə edib.



Zərintac Mayisqızı
Missiya.Az




  • 8-04-2025, 11:54