AZ   |   RU
İlham Əliyevin MƏHSULdar Çin səfəri və müxalifətin növbəti mitinq oyunu



Aprelin 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasi (AXCP) və Milli Şura mitinq təşkil etmək istəyib və aksiyanın keçirilməsi üçün Yasamal rayonunda yerləşən “Məhsul” stadionunu seçib. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. Müxalifət anlamır ki, onların bu mitinqləri özlərindən və yanlarında gəzdirdikləri 5-10 nəfərdən başqa heç kimə lazım deyil. Dəfələrlə keçirilən mitinqlərdə də bu sübuta yetirilib və həmin aksiyalarda bir topa insandan başqa heç kim görünməyib. Ermənistanda hərbi təlimlərin toplanışı və ölkəmizə qarşı təxribatları davam edərkən Əli Kərimli yenə başının dəstəsi ilə süni gündəm yaradıb diqqət çəkməyə çalışır.


Əslində bu zehniyətin davranışlarında təəccüblü heç nə yoxdur. Ötən illər ərzində biz adına müxalifət deyilən məlum dəstənin dövlətçilik əleyhinə fəaliyyətinə dəfələrlə şahidlik etmişik. Görünür, Əli Kərimli dövlətimizin günü-gündən genişlənən beynəlxalq əlaqələrindən, qüdrətli ölkələrin Azərbaycanla əməkdaşlığa maraq göstərməsindən narahat olub. Diqqət edin, Cənab Prezident Çin kimi dünya nəhəngi ilə əlaqələri dərinləşdirir, iqtisadiyyatımız üçün yeni inkişaf imkanları yaradır, müxalifət "Məhsul"da qışğır-bağır salmaq həvəsindədir. Əlbəttə ağlı başında olan adamlar yaxşı idrak edirlər ki, İlham Əliyevin MƏHSULdar Çin səfəri Dövlətimiz üçün hansı üstünlüklər verəcək. Həmçinin onu da dərk edirlər ki, Əli Kərimlinin "Məhsul" sevdasının arxasında hansı kirli məqsəd və məramlar dayanır.


Dünya liderləri Azərbaycanla əməkdaşlıq etmək və münasibətlərdə yeni səhifələr açmaq üçün dövlətimizin başçısı ilə görüşlər təşkil edir, onunla dostluq əlaqələri yaratmağa can atırlar.


İlham Əliyevin dünyanın aparıcı dövlətləri və önəmli şirkətləri ilə imzaladığı müqavilələr Azərbaycanın bundan sonra uzun müddət taleyini həll edəcək, inkişaf yollarımızı daha da aydınladacaq. Siyasi klimaks dövrünü yaşayanların mitinq adı ilə 1-2 saatlıq əyləncəsi isə xalq üçün yaxşı heç nə vəd etmir!


Daşqın Həsənov
Missiya.Az 



  • Dünən, 22:54