AZ   |   RU
Bu gün Putin və Tramp arasında telefon danışığı baş tuta bilər

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı bu gün və ya gələn həftə baş tuta bilər.


Missiya.Az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. 


“Tramp və Putin arasında daha bir telefon danışığının ya bu gün, ya da sonra baş tutacağı ilə bağlı gözləntilər var”, - deyə vurğulanıb.


Xatırladaq ki, Tramp martın 30-da bəyan edib ki, bu həftə Putinlə danışmağı planlaşdırır. 



Daşqın Həsənov
Missiya.Az



  • 4-04-2025, 11:25