AZ   |   RU
Ağdamda orta əsrdə yaşadığı ehtimal olunan insanın sümükləri aşkar edilib

 

Ağdamın Eyvazxanbəyli kəndi ərazisində orta əsrdə yaşadığı ehtimal edilən insanın sümük fraqmentləri aşkarlanıb.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, ilkin müayinə zamanı ərazidə tapılan sümük fraqmentlərinin XV əsrdə yaşamış insana məxsus olduğu müəyyən edilib.




  • 4-04-2025, 11:10