AZ   |   RU
AÇG , “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir - İlham Əliyev

 

“Azəri-Çıraq-Günəşli” və “Abşeron”, “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Missiya.Az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında səsləndirib.

“Bir neçə ildən sonra həmin sahələr işləniləcək ki, bununla bağlı müqavilələr imzalanıb, proqramlar həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəməri və həmçinin qaz boru kəmərləri hamısı bir yerdədir. Biz bunu bütün iştirakçılarla etdik”.




  • 4-04-2025, 10:49