AZ   |   RU
ABŞ və Aİ arasında ticarət qarşıdurması 9,5 trilyon dollarlıq biznesi azalda bilər


ABŞ və Avropa İttifaqı (Aİ) arasında tarif müharibəsi ildə 9,5 trilyon dollar məbləğində transatlantik biznesin azalmasına səbəb ola bilər.

Missiya.Az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Aİ-dəki Amerika Ticarət Palatasının hesabatına əsasən, 2024-cü ildə ABŞ və Aİ arasında mal və xidmətlərin ticarəti rekord məbləğə - 2 trilyon dollara çatıb, lakin Vaşinqtonun polad və alüminum idxalına tətbiq etdiyi yeni rüsumlar, eləcə də Avropa şərablarına və digər spirtli içkilərə 200 % tarif tətbiq etmək təhdidləri bu dinamikanı poza bilər. Transatlantik biznesin əsas hissəsini iri korporasiyaların xarici filiallarında satışlar və investisiyalar təşkil edir.


Agentlik hesabatın aparıcı müəllifi Daniel Hemiltona istinadən qeyd edib ki, İrlandiyanın ixracının 90 %-ni və Almaniyanın 60 %-ni təşkil edən daxili korporativ ticarət zərbə altında qalacaq, bunun təsiri isə xidmət və enerji sahələrində, o cümlədən ABŞ-dən mayeləşdirilmiş qaz (LNG) tədarükündə özünü göstərəcək. Palatanın ekspertləri ABŞ Prezidenti Donald Trampın tariflərinin fayda gətirəcəyinə şübhə edir və hər iki iqtisadiyyat üçün onların əks təsirini nəzərə almağa çağırır.




Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 11:43