AZ   |   RU
"Qarabağdakı inşaat işləri zamanı mədəni irs qorunur" - Anar Quliyev

 

Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda bildirib.

"Azərbaycan inşaat işlərini səmərəli formada davam etdirir", - deyə o qeyd edib.

A.Quliyev sülh və əmin-amanlığın regional olduğu qədər həm də qlobal baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu mənada qonşularla və beynəlxalq tərəfdaşlarla işləyib bərpa prosesinin təkcə bizim ölkə üçün yox, eləcə də bütün bölgə üçün inkişaf vəd etdiyini isbat edə bilərik”.




  • Bu gün, 16:12