AZ   |   RU
Pakistanda məsciddə partlayış - 3 nəfər yaralandı


Pakistanın şimal-qərbində partlayış baş verib.

Missiya.Az
xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Hadisə məsciddə cümə namazı vaxtı yaşanıb. Cənubi Vəziristan əyalətinin polis rəisi Asif Bahadar bildirib ki, "Camiat Ulema Islam-Fazl" siyasi partiyasının yerli lideri Abdullah Nadeem partlayışın hədəfi olub və o, ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında iki uşağın da olduğu vurğulanıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:38