Şənbə 15 Mart 2025 / 0:35:34
                    AZ   |   RU
Mehriban Xanlarovadan "AzDrama"nın bədii rəhbəri ilə bağlı yeni paylaşım

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova ilə Azərbaycan Akademik Milli Dram Teatrının (AzDrama) bədii rəhbəri Mehriban Ələkbərzadə arasında qalmaqal davam etməkdədir.

Missiya.Az
-ın məlumatına görə, aktrisa bu hadisələrlə bağlı yeni paylaşım edib.

“Bir neçə gündür ki, AzDrama-nın bədii rəhbəri məni otağında danışığa dəvət edir. Lakin şəxsi otaqlarda aparılan söhbətlərin heç bir nəticə vermədiyini bildiyim üçün, bütün kollektivin, Mədəniyyət Nazirliyinin və mətbuatın iştirakı ilə açıq iclasın keçirilməsini və önəmli bir məsələnin orada müzakirəyə çıxarılmasını xahiş edirəm. Mehriban Ələkbərzadə, məni nə üçün otağınıza gizli danışığa dəvət edirsiniz? Tək mən yox, bütün kollektivimiz sizin fəaliyyətiniz ilə bağlı fikirlərini səsləndirmək istəyir. Mətbuat üçün açıq iclas keçirmək bu qədərmi çətindir? Düşünürəm ki, 1998-ci ildən bu günə qədər ömrümün 27 ilini həsr etdiyim doğma teatrımda bir sənət fədaisi olaraq bu xahişi etməyə tam haqqım var. Əks halda, məni narahat edən və ölkəmiz üçün önəmli bir məsələni ictimaiyyətə açıqlamaq məcburiyyətində qalacam”, - Əməkdar artist bildirib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 14:10