AZ   |   RU
İran XİN rəhbəri Ermənistana səfər edəcək

“İranın xarici işlər naziri Abbas Əraqçinin yaxın vaxtlarda İrəvana səfəri gözlənilir”.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı məlumat verib.


Mirzoyan qeyd edib ki, bu ilin fevral ayında Cenevrədə nazir Əraqçi ilə görüşmək imkanım oldu. Və yaxın gələcəkdə daha çox təmasların olacağı gözlənilir. 


“Biz Əraqçının yaxın vaxtlarda İrəvana səfərini gözləyirik”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:02