AZ   |   RU
“Putin müharibəni davam etdirmək istəyir” - Ukrayna XİN rəhbəri

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadan fərqli olaraq ABŞ-nin atəşkəs təklifi ilə razılaşmaq əvəzinə fərqli şərtlər irəli sürür”.


Missiya.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” sosial media hesabında yazıb.


“Budur Ukrayna və Rusiya arasındakı fərq. Ukrayna ABŞ-nin atəşkəs təklifinə hə dedi. Çünki Ukrayna sülh istəyir. Putin isə hə demək əvəzinə fərqli şərtlər irəli sürür. Çünki Kreml rəhbəri müharibəni davam etdirmək istəyir", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:03