AZ   |   RU
"Real Madrid" qələbə qazanıb, "Arsenal" rəqibini darmadağın edib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçları baş tutub.

Missiya.Az "Report"a istinadla xəbər verir ki, turun ilk oyun axşamında 4 qarşılaşma keçirilib.

İngiltərənin "Aston Villa" klubu səfərdə Belçika təmsilçisi "Brügge"yə qalib gəlib. "Dumanlı Albion"un digər təmsilçisi "Arsenal" isə Niderlandda PSV-ni darmadağın edib.

Günün mərkəzi qarşılaşması "Real"la "Atletiko" arasında baş tutub. Madrid derbisindən "Kral klubu" qalib ayrılıb.

UEFA Çempionlar Liqası
1/8 final, ilk matçlar

4 mart

"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 1:3

5 mart

"Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) 1:1

PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:7

Real (İspaniya) - Atletiko (İspaniya) 2:1

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları martın 6-na keçən gecə baş tutacaq.




  • 5-03-2025, 08:30