AZ   |   RU
Özbəkistan daxili işlər naziri vəzifəsinə yeni təyinat


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin yeni daxili işlər nazirini təyin edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov deyib.

“Özbəkistan Prezidentinin fərmanı ilə Daşkənd şəhər Daxili İşlər Baş İdarəsinin rəisi Əziz Taşpulatov daxili işlər naziri təyin edilib”, - məlumatda bildirilib.

O, bu vəzifədə 2017-ci ilin sentyabrından daxili işlər naziri olmuş Pulat Bobojonovu əvəzləyib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 14:37