AZ   |   RU
Dərmandan üstün olan möcüzəvi meyvə

Bəzilərimiz səhhətimizlə bağlı hər hansı probem yaşadıqda dərmanlara üz tuturuq. Tərkibini doğru-düzgün bilmədiyimiz bir çox dərmanlardansa, bol-bol meyvə yemək faydalıdır. Onlar arasında nar xüsusi yer tutur. Xalq arasında “cənnət meyvəsi” də adlandırılır. O bir çox xəstəliklərin qarşısının alınmasında böyük rol oynayır. Sözügedən meyvənin xeyirləri saymaqla bitmir.


Mütəxəssislər deyirlər ki, nar antioksidantlarla zəngindir, qan dövranını yaxşılaşdırmaqla yanaşı ürək-damar xəstəlikləri riskini də əhəmiyyətli dərəcədə azaldır.

Bir kasa narın tərkibində 93 kalori, 2,30 qram protein, 20,88 qram karbohidrat və 0,14 qram yağ var. Hər gün bir kasa istehlak etmək orqanizmə çox müsbət təsirlər göstərir. Həmçinin, yaddaşı gücləndirir, əzələlərin inkişafı üçün idealdır. İdmandan əvvəl bir kasa sözügedən meyvədən yemək tövsiyə olunur. Xərçəngə qarşı qoruyur, lipid parametrlərini yaxşılaşdırıb, bədəndəki infeksiya ilə mübarizə aparmağa kömək edir, ishal əlamətlərini aradan qaldırır və s.

Narın pəhrizə daxil edilməsi, istər təzə, istər şirə kimi, istərsə də müxtəlif reseptlərə və salatlara səpilərək istehlak olunması, sağlamlıq baxımından çoxsaylı üstünlüklər bəxş edir.




Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 11:59