AZ   |   RU
“Rusiya və Türkiyə arasında münasibətlər inkişaf etməkdə davam edir” - Peskov

“Rusiya ilə Türkiyə arasında ikitərəfli əlaqələr inkişaf etməkdə davam edir”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


"Moskva ilə Ankara arasında münasibətlər çoxşaxəlidir və onlar inkişaf etməkdə davam edir", - deyə siyasətçi vurğulayıb.


Peskov Rusiya ilə Türkiyə arasında ikitərəfli əlaqələrin soyuması ilə bağlı iddiaları təkzib edib. 


O, ölkələr arasında mütəmadi olaraq yüksək səviyyəli təmasların aparıldığını vurğulayıb. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:05