
“Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Ermənistan vətəndaşları tərəfindən referendum yolu ilə təsdiq edilməli olan yeni Konstitusiyanın hazırlanmasına göstəriş verdiyini açıqlayıb. Ümid edirəm ki, Ermənistanda seçicilərin əksəriyyəti yeni Konstitusiyanı rədd edəcək və bununla da onu istefaya məcbur edəcəklər.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri erməni jurnalist Harut Sassounian deyib.
“Bu, ondan qurtulmaq üçün qızıl fürsətdir. Son yeddi ildə onu vəzifədən uzaqlaşdırmaq üçün edilən bütün cəhdlər uğursuz oldu. Çünki müxalifət qrupları arasında fikir ayrılığı onların Paşinyanı vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər böyük bir koalisiya yaratmasına mane oldu”, - deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, Paşinyan Ermənistan Konstitusiyasını dəyişdirməklə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı tələblərini də qəbul edib:
- Ermənistan ərazisində yerləşən bəzi kəndləri Azərbaycana verəcək.
- Əvvəllər Ermənistan daxilindəki anklavlarda yaşamış azərbaycanlılara geri qayıtmağa və orada yaşamağa icazə veriləcək.
- ATƏT-in Minsk Qrupu buraxılsın.
- Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistandan çıxarılması.
- Ermənistanın Azərbaycana qarşı beynəlxalq iddialarına son qoyması.
- Naxçıvana gedən yol sadəcə yol deyil, Azərbaycanın suverenliyi altında dəhliz olmalıdır.
Daşqın Həsənov
Missiya.Az