AZ   |   RU
Kreml Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakından danışıb

“Avropanın Ukrayna üzrə danışıqlarda iştirakı barədə danışmaq hələ tezdir”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


“Avropanın iştirakına gəlincə, mümkün danışıqlar prosesinin formatı barədə hələlik heç bir anlayış yoxdur. Ona görə də bu barədə danışmaq tezdir", - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, Minsk razılaşmalarının təcrübəsi çox gözəldir və Moskva bundan sonrakı bütün addımlarında həmişə bunu nəzərə alacaq.


Qeyd edək ki, daha əvvəl məlum olmuşdu ki, altı Avropa ölkəsi, o cümlədən Almaniya, Fransa və Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığından sonra Kiyevə dəstəyi artırmaq qərarına gəliblər.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:26