AZ   |   RU
NATO-nun baş katibi Tramp-Putin danışıqlarını uğurlu adlandırıb

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı uğurlu olub”.


Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat yayıb.


"Bu telefon danışığı birmənalı şəkildə uğurlu olduğu təəssüratını yaratdı. Biz hamımız Ukraynada sülh istəyirik", - deyə siyasətçi vurğulayıb.


Rutte qeyd edib ki, Ukraynanın danışıqlarda ən yaxşı mövqeyə malik olmasını təmin etmək lazımdır. 


Onun sözlərinə görə, müttəfiqlər yaxın günlərdə bu məsələni müzakirə edəcəklər.


Qeyd edək ki, ötən gün Putinlə Tramp arasında telefon danışığı olub. Rusiya və ABŞ liderləri Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, eyni zamanda şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:13