AZ   |   RU
"Vergi orqanlarının fiskal yığımlardakı payı 77 %-ə çatıb" - Orxan Nəzərli

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə toplanmış fiskal yığımlar 22,8 milyard manat təşkil edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda bildirib.

O. Nəzərli vurğulayıb ki, bununla da rəhbərlik etdiyi qurumun bütün fiskal yığımlardakı payı 77 %-ə çatıb.

"Ötən il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 15,8 milyard manatdan çox olub", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, 2019-cu illə müqayisədə ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 800 mini keçib.




  • Bu gün, 12:11