AZ   |   RU
Latviya vətəndaşlarını Rusiyaya getməməyə səslədi

Latviya Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Rixards Kozlovskis ölkə vətəndaşlarını Rusiya və Belarusa səyahətdən imtina etməyə çağırıb.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, nazir vəziyyət gərginləşərsə, rəsmi Riqanın bir neçə saat ərzində ölkənin şərq sərhədini tamamilə bağlaya biləcəyini deyib.

"Başa düşürəm ki, insanların orada qohumları, iş-gücü var, amma belə səfərləri minimuma endirmək lazımdır”, - o əlavə edib.

Xatırladaq ki, Latviya bir müddət öncə MDB dövlətlərindən olan vətəndaşların, o cümlədən, rusiyalıların üzərinə ölkəyə nə məqsədlə səfər etdiklərini açıqlamaq öhdəliyi qoyub. Yanlış məlumat verməklə və ya məlumatları gizlətməklə bu qaydanı pozanlara 2 min avro məbləğə qədər cərimənin kəsilməsi planlaşdırılıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • 10-02-2025, 15:52