AZ   |   RU
Emin Əmrullayev Qvineya səfiri ilə görüşüb


Elm və təhsil naziri Emin Əmrullayev Qvineya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kande ilə görüşüb. 


Bu barədə Missiya.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.



  • 30-01-2025, 14:45