AZ   |   RU
Missiya TV mükafata layiq görüldü - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Dostu" Milli Mükafatının növbəti təqdimat mərasimi keçirilib.
 
Missiya.Az 
xəbər verir ki, “Park İnn” otelində təşkil olunan  təntənəli mərasimdə millət vəkilləri,  tanınmış ictimai xadimlər, ziyalılar, iş adamları və KİV təmsilçiləri iştirak edib. 

Tədbirdə bir neçə televiziya kanalı, millət vəkili, ictimai xadimlər, sahibkarlar  mükafatlandırılıb.  "Gənclərin Dostu" Milli Mükafatına millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev, Etibar Əliyev, Azər Badamov, Eldəniz Səlimov layiq görülüb. Mükafata layiq görülənlər arasında “Liatris” Holdinqin rəhbəri Ruhi Əliyeva da var. 

Kütləvi İnformasiya Vasitələri sırasında isə Missiya TV, AzTv, Xəzər TV, Lider TV, “Report” İnformasiya Agentliyi və başqaları mükafatlandırılıb. 

Qeyd edək ki, "Gənclərin Dostu" Milli Mükafatı hər il, müxtəlif sahələr üzrə gənclərlə yaxından əməkdaşlıq etmiş, onların layihələrinə dəstək vermiş şəxslərə və qrumlara təqdim olunur.



  • 12-03-2021, 18:20