AZ   |   RU
Türkiyə ordusu 4 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Fırat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrora qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edir. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Fırat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Terror və terrorçular üçün heç bir yerdə keçid yoxdur", - məlumatda bildirilib.



Zərintac Mayisqızı
Missiya.Az



  • 27-01-2025, 12:17