AZ   |   RU
"Bütün ölkələr AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı həqiqətləri bilmək istəyir"

"Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı vətəndaşları həlak olan və xəsarət alan bütün ölkələr hadisənin səbəbləri barədə həqiqəti bilmək istəyir.

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.


"Bilirəm ki, təkcə yaxınlarını itirməklə faciənin bir hissəsinə çevrilənlər deyil, həm də hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, bu həqiqət Rusiya üçün də çox vacibdir. Düşünürəm ki, indi həqiqəti tapmaq üçün səyləri birləşdirmək məqsədilə hər şey edilməlidir", - o bildirib.


M.Zaxarova vurğulayıb ki, bu gün KİV, sosial şəbəkələr və s. vasitəsilə "destruktiv məqsədlərlə" çoxsaylı təsir cəhdləri müşahidə etmək mümkündür: "Bu, bəlkə də istintaqı başqa istiqamətə yönəltmək, insanlar arasında nifaq salmaq, onları qarşı-qarşıya gətirmək üçün edilir. Bunun növbəti nümunələrindən biri Rusiya XİN başçısı Sergey Lavrovun guya Azərbaycan diplomatlarına ünvanladığı məktubdur. Bunun arxasında "Azərbaycan və Rusiyanın müttəfiqlik münasibətlərinə zərbə vurmağa çalışan qüvvələr" dayanır".



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 17:10