AZ   |   RU
Xorvatiyanın yeni prezidenti bəlli olub

Xorvatiyanın hazırkı dövlət başçısı Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda məntəqələrin 99,48 faizində səslərin hesablanmasının nəticələrinə əsasən, 74,66 faiz səs toplayıb. 


Misiya.Az “TASS” istinadən xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyası məlumat yayıb.


Seçki komissiyasının məlumatına görə, 6755 seçki məntəqəsindən 6720-nin məlumatlarına əsasən, Milanoviç 1114383 səs (74,66%) toplayıb. Hakim Xorvatiya Demokratik İttifaqı partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorac isə 378 min 172 səs (25,34%) toplayıb. 


Xatırladaq ki, 2024-cü il dekabrın 29-da keçirilən seçkilərin birinci turunda Milanoviç seçicilərin 49,09%-nin, onun əsas rəqibi Primoracın isə 19,35%-nin dəstəyini qazanıb.



Daşqın Həsənov
Missiya.Az



  • 13-01-2025, 11:27