AZ   |   RU
“Prezidentimizin gözləntilərini doğrultmaq üçün daha artıq əzmkarlıqla çalışacağıq” – Ramin Əhmədov

“Partiyamızın sədri, Prezident İlham Əliyev növbədənkənar Qurultaydakı çıxışı zamanı yeni mərhələdə partiya işinin təşkili, eləcə də müxtəlif istiqamətlər üzrə partiya təmsilçilərinin diqqət yetirməli olduğu məsələlərlə bağlı mühüm tapşırıqlar verdi. Əminliklə deyə bilərik ki, bu qurultaydan sonra Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu daha da artacaq, fəaliyyəti daha dinamik şəkil alacaq. Yeni mərhələdə daha böyük uğurlara imza atacağımıza inanırıq”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov YAP-ın 7-cı Qurultayı barədə danışarkən deyib.

YAP rəsmisi Partiyanın son Qurultayında böyük yeniliklərə imza atılmasından və partiya üzvlərinin üzərinə düşən yeni vəzifələrdən danışıb: “Xüsusilə qeyd etmək lazımdır ki, YAP-ın idarəçiliyi müasir dövrün çağırışlarına daha da uyğunlaşdırıldı. 40 nəfərdən ibarət İdarə Heyətinin, 13 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi təsdiqləndi, Veteranlar Şurası yaradıldı. Həmçinin Partiyanın yeni Nizamnaməsi təsdiqləndi, müxtəlif vəzifələrə yeni təyinatlar oldu, İcra Aparatı yaradıldı. Struktur islahatları bu gün də davam edir. Hazırda Partiyada Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləşdirmə siyasətinə start verilib. Bu gün YAP-ın strukturlarında vətənpərvər, işgüzar, istedadlı və yenilikçi gənclər cəlb olunur. Onlar Partiyada yüksək vəzifələrə təyin edilir, hər birinə böyük etimad göstərilir. Əbəttə, yeni mərhələdə partiya üzvlərinin də üzərinə yeni dövrün çağırışlarına uyğun olaraq böyük məsuliyyət düşəcək. Partiyamızın sədri hər bir YAP təmsilçisinin xüsusi fəallıq göstərməli olduğu istiqamətləri də aydın şəkildə elan etdi. Bunlar, Böyük Qayıdış proqramı şərçivəsində məcburi köçkünlərin ardıcıl şəkildə öz doğma torpaqlarına qaytarılması prosesində, sosial ədalətin gözlənilməsində, şəhid ailələrinə diqqət və qayğı göstərilməsində, gənc nəslin vətənpərvər və milli dəyərlər əsasında tərbiyə edilməsində, müstəqilliyin möhkəmləndirilməsində və multikulturalizm siyasətinin təşviq edilməsi kimi istiqamətlərdə iştirakçılıqdır. Bizim hər birimiz qeyd olunan istiqamətlər üzrə fəallıq göstərməyə, dövlətin bu yöndə həyata keçirdiyi proqramlara yaxından dəstək verməyə hazırıq”. 
Ramin Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da siyasi proseslərin mərkəzində olacaq və cəmiyyətdəki dayaqlarını daha da möhkəmləndirəcək: “Ulu öndərimiz Heydər Əliyevin ölməz ideyalarından bəhrələnən partiyamız yeni mərhələdə də böyük uğurlara imza atacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında yeni hədəflərə doğru inamla irəliləyəcəyik. Sədrimizin - Prezidentimizin gözləntilərini doğrultmaq, xalqımızı dövlətin və Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşdirmək üçün dünənkindən daha artıq əzmkarlıqla və daha böyük ruh yüksəkliyi ilə çalışacağıq”.

Missiya.Az 

  • 12-03-2021, 14:35