AZ   |   RU
Bələdiyyə seçkilərində YAP-ın məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

 

Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasına (MSK) təyin etdiyi məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

Missiya.Az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında məlumat verilib.

Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən Məhəmməd Yusif oğlu Məhərrəmov partiyanın MSK-ya məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.




  • Dünən, 16:19