AZ   |   RU
Şəhid kəşfiyyatçımızın yubileyi ilə əlaqədar stolüstü tennis turniri keçirilib


Vətən müharibəsi qəhrəmanı, şəhid kəşfiyyatçı mayor Elçin Mansurovun 40 illik yubileyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib. 



Missiya.Az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən və şəhidimizin öz adını daşıyan 88 nömrəli tam orta məktəbin, İxtisaslaşmış 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və BrendSport.az saytının təşkilatçılığı ilə 5 qrup üzrə keçirilən yarışda 87 idmançı öz qüvvəsini sınayıb. 


Qeyd edək ki, turnirin baş sponsoru “Soel Parfum Azerbaycan”, sponsorları isə “OBA” Market, “Scallezioni Baku” italiyan brendi və “Paxlava Butik” olub. Yarış qızlardan ibarət 2 və oğlanlar ibarət 3 qrup arasında keçirilib. Böyük yaş qrupu oğlanlar arasında baş tutan yarışı Məhəmmədəli Səmədzadə ilk pillədə başa vurub. 2-ci yeri Sadiq Əlizadə, 3-cü yeri isə Huseyn Səmədzadə və Əbulfəz Əliyev tutublar. 


Böyük yaş qrupu qızlar arasında: 1-ci yer Zəhra Rəhimova, 2-ci yer Nuray Feyzullayeva, 3-cü yerin isə müvafiq olaraq Məryəm Heybətova və Sadiqli Məsumə sahib olublar. 


Kiçik yaş qrupunda oğlanlar arasında: Məhəmmədəli Əlizadə 1-ci, Qasım Əliyev 2-ci, MəhəmmədBaqir Əlizadə və Amjad Məhəmmədəzim isə 3-cü pillədə qərarlaşıblar. 


Kiçik yaş qrupunda qızlar arasında: İlk sırada Əsma Xəlilova, 2-ci Səadət Əliyeva, 3-cü Leyla Əliyeva və İlahə Hüseynova olublar. 


2013-2014-cu il yarışın orta yaş uşaqlarının qrupunda olan oğlanalar arasında: 1-ci yerə Huseyn Kəlbiyev, 2-ci yerə MəhəmmədHüseyn Əlizadə, 3-cü yerə isə Əbülfəz Kəlbiyev və Hüseyn Əliyev çıxıblar. 





  • 30-12-2024, 22:18