AZ   |   RU
Ən faydalı çörək növü hansıdır?


Sağlam çörək deyəndə ağlımıza tez kəpəkli ya da çovdar kimi növlər gəlir. Arıqlamaq, sağlam həyat tərzi keçirmək istəyənlərə həmin növlərə üstünlük verir. Mütəxəssislər uzun illərdir üzərində ətraflı araşdırma apardıqları ən sağlam çörək növünü müəyyənləşdiriblər.


Öncə vurğulayaq ki, sağlam qidalanma ilə bağlı bütün araşdırmalarında mütəxəssislər ağ çörəyi qətiyyən istehlak etməməli olduğumuzu söyləyirlər.


Bəs, market rəflərində seçim etməyə qərar verə bilmədiyiniz ən sağlam çörək hansıdır? Son araşdırmalarda ən faydalı çörək növünün einkorndan (təkdənəli buğda) hazırlandığı açıqlanıb. Einkorn minilliklər boyu yetişdirilən qədim buğda çeşididir.


Tərkibində qlüten (suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksindən ibarətdir) olsa da, müasir buğdadan daha az qlütenə malikdir.


Soba və ya market rəflərində üstünlük verilmədiyi üçün ümumiyyətlə yan künclərə qoyulan einkorn çörəyi fərqli bir dad və qida profilinə sahibdir.


Einkorn çörəyi tərkibindəki lif və minerallar sayəsində ürək sağlamlığını qoruyur, xolesterin səviyyəsini aşağı salır və ürək xəstəliyi riskini azaldır. Qan şəkərini yavaş-yavaş yüksəldir, buna görə də diabet xəstələri üçün ideal seçim olan həmin çörək növü vitaminlər, E vitamini, dəmir, sink və maqnezium kimi bir çox vacib mineral ehtiva edir. Sözügedən minerallar enerji istehsalı, immunitet sistemi və hüceyrələrin bərpası üçün vacibdir. Bağırsaq sağlamlığında təsirlidir.



Zərintac Mayisqızı
Missiya.Az




  • 17-12-2024, 13:27