AZ   |   RU
Azərbaycanda bəylə gəlin toy günü qəzaya düşdülər

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 


Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində baş verib. 


2001-ci il təvəllüdlü Emin Feyzullayev "Hyundai" markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb. 


Hadisə nəticəsində sürücü və 2 sərnişini - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıblar. 


Yaralılara xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. 


Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər. 



  • 4-06-2025, 14:54