AZ   |   RU
Təqaüd alanların sayı artırılır

Ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılacaq.

Missiya.Az xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu ilin martın 1-dən 16 min vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması kimi qarşıya qoyulmuş hədəflərin növbəti ildə də maliyyə təminatı nəzərdə tutulur.


  • 5-11-2021, 15:31