
İki gün əvvəl Rusiyada həbs olunmuş qanuni oğru Zaur Naxçıvanski (Şipilov)2006-cı ilin aprel ayında Hikmət Sabirabadlı ilə birgə qətlə yetirilən, kriminal aləmdə nüfuzlu avtoritetlərdən hesab olunmuş Bayram Talıbovun (Culfalı Bayram) oğludur.
Missiya.Az xəbər verir ki, Zaur Naxçıvanski qanuni oğru Rövşən Lənkəranskinin mənəvi oğlu kimi də tanınır. Belə ki, atası qətlə yetiriləndə 21 yaşı olan Zaur elə həmin dövrdən Rövşən Lənkəranskinin himayəsi altına keçib. Lənkəranski Zaurun yetişməsi və atasının yolunu getməsində böyük rol oynayıb. İddia olunur ki, Zaur Lənkəranski və Lotu Qulinin qətlindən sonra Rusiyadakı Azərbaycan Mafiyasının liderlərindən olub. Onun Lənkəranskinin yaxın dostu olmuş “qanuni oğru” Rufo Gəncinski ilə rəqabətdə olduğu da iddia olunur. Zaurun mövqelərinin daha güclü olması onun 1 nömrəli “qanuni oğru” Zaxar Kalaşov (Şakro Molodoy) tərəfindən dəstəklənməsi ilə izah olunur. Zaura “Qanuni oğru” adı da məhz Lənkəranski tərəfindən 2013-cü ildə İstanbulda verilib. O, sonuncu dəfə 2015-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkar aləmin liderləri və avtoritetlərinin “yığıncağı”nda saxlanılaraq həbs olunmuş, 2018-ci ildə azadlığa çıxmışdı.
Elcan
Missiya.Az