AZ   |   RU
Türkiyə ordusu Suriyanın şimalında 7 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


"Terrorçular haradadırsa, hədəfimiz də ordadır. Türkiyə ordusu əməliyyatlarını davam etdirəcək", - deyə vurğulanıb.


Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrora qarşı aktiv əməliyyatlarını davam etdirir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-11-2024, 12:05