AZ   |   RU
COP29-da iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri müzakirə edilib

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində "Birləşmiş Ərəb Əmirliklərinin Qlobal İqlimə Dayanıqlılıq Çərçivəsi üzrə Tərəqqinin Təminində İqlim Məlumatlı Transsərhəd Su İdarəçiliyinin Rolu" mövzusunda tədbir təşkil olunub.

Bu barədə Missiya.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri və bu resursların dayanıqlı idarə edilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Rəsmilərin, sahə üzrə ekspertlərin iştirakı ilə aparılan müzakirələrdə qlobal və regional miqyasda transsərhəd su hövzələrinin iqlimə dayanıqlılığı, yeni və müasir texnologiyalar əsasında su idarəçiliyinin vacibliyi qeyd olunub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov su ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.




  • Bu gün, 17:51