Bir çox insanlarda davamlı olaraq narahatlıq hissi, depressiya müşahidə olunur. Heç nə ilə xoşbəxt ola bilmirlər, bədbinliyə qapılırlar. Bunun kökündə bir çox amillər dayanır.
Bəs, görəsən sadalanan xüsusiyyətlər genetik ola bilər mi?
Genetik tədqiqatlar sözügedən ehtimalı təsdiqləsə də, mühitdən gələn stresləri və həyat təcrübələri narahatlığın inkişafında müəyyənedici rol oynayır. Ailə üzvlərindən kimdəsə belə bir problem varsa, digərinə də keçə bilər. Mürəkkəb bir məsələdir.
Genetik və irs nə deməkdir?
Bir xəstəlik irsi olduqda, bu o deməkdir ki, bu xəstəliyin inkişaf ehtimalı doğulduğu andan etibarən baş verir. Bu ehtimal bioloji anadan, atadan və ya hər ikisindən miras qala bilər. Bəzən bu valideyninizdə xəstəlik var anlamına gəlir və bəzən də onların sadəcə daşıyıcı olması və xəstəliyin heç vaxt ortaya çıxmaması ilə özünü büruzə verir. Genlər DNT-nin bir hissəsidir və bədəninizin hər hüceyrəsində yerləşir. Dərman və ya müalicə üsulları ilə genlərin quruluşunu dəyişdirmək mümkün deyil. Bununla belə, bir genin aktiv olub-olmaması ətraf mühit faktorlarından asılı olaraq dəyişə bilər.
Siz genetik bir narahatlıq pozğunluğunu miras alsanız belə, ətraf mühitin stresləri bu genlərin aktivləşdirilməsində həlledici rol oynaya bilər.
Zərintac Mayisqızı
Missiya.Az