AZ   |   RU
YAP Gənclər Birliyinə yeni sədr seçilib
 
Yeni Azərbaycan Partiyasını n (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.

Missiya.Az xəbər verir ki, bu barədə Report'a YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib:

"Həmçinin Birliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib".

B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir.

İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.


  • 11-03-2021, 18:07