AZ   |   RU
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri başlayıb



Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.




  • 11-11-2024, 22:18