AZ   |   RU
Ərdoğanın Baydenlə Cənubi Qafqazla bağlı müzakirələri erməniləri hiddətləndirdi - Paşinyana sərt ittihamlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Baydenin ikitərəfli görüş zamanı Cənubi Qafqazdakı siyasi prosesləri müzakirə etməsi Ermənistan cəmiyyətində və mediasında ciddi müzakirələrə səbəb olub. Erməni siyasətçilər 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Türkiyənin Cənubi Qafqaza nüfuz etmək imkanlarının artdığını və bu səbəbdən Co Baydenin Ərdoğanla bölgədə baş verənləri müzakirə etdiyi qeyd vurğulayırlar.  

Missiya.Az xəbər verir ki, Ermənistan mediası həmçinin rəsmi Ankaranın Ərdoğan-Bayden müzakirələri ilə bağlı yaydığı “görüş müsbət ab-havada keçdi” və “iki lider gərgin münasibətlərin yaxşılaşdırmaq üçün birgə mexanizmin yaradılması ilə bağlı razılığa gəlinib” açıqlamalarına diqqət çəkib.
Qeyd edilib ki, Ankara artıq Vaşinqtonla Ermənistan-Azərbaycan məsələsini müzakirə edir.

Sitat: “Anlaşılan odur ki, Türkiyənin ABŞ və Rusiya ilə müzakirə gündəmində Cənubi Qafqaz mövzusu da var. Beləliklə, baş nazir Paşinyanın “parlaq” xarici siyasəti nəticəsində Ermənistanla bağlı məsələləri, “3+3” regional mexanizmini bizim əvəzimizə fövqəlgüclərlə müzakirə olunur”, - sitatın sonu.    

Media Türkiyənin 44 günlük müharibədəki roluna diqqət çəkib və qeyd edib ki, İrəvan Ankaranın qarşısına “regional məsələlərə qarışma” tələbini qoymağa çəkinir.

Sitat: “Ermənistan Türkiyədən çəkindiyi halda, Ankara müharibə zamanı Azərbaycanın tərəfini tutdu, daha sonra Rusiya ilə birgə Monitorinq Mərəkəzi yaratdı və Moskva ilə Ermənistan-Azərbaycan məsələlərinin fəal müzakirəçilərindən birinə çevrildi. Bütün bunlardan sonra Ərdoğan artıq Baydenlə Cənubi Qafqazdakı diplomatik səylərini müzakirə edir. Paşinyan hökuməti isə bölgəyə Türkiyə faktorunun təsirini azaltmaq üçün ümumiyyətlə heç kimlə müzakirə aparmır. Yoxsa hər şey Paşinyan hakimiyyətinin təsəvvür etdiyi siyasi xəttə uyğun gəlir?”, - sitatın sonu.
 
Bundan başqa erməni politoloq Suren Sarkisyan da Ərdoğan-Bayden görüşünə toxunub. O bildirib ki,  Ərdoğan və Bayden Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.

Sitat: “Beləliklə, bizim olmayan diplomatiyamız nəticəsində Türkiyə diplomatiyası Cənubi Qafqaza daxil oldu”, - sitatın sonu.


Elvin
Missiya.Az


  • 1-11-2021, 13:11