AZ   |   RU
Bəşər Əsədin qohumu lüks avtomobildə israilli modellə görüntüləndi - Suriyalılar qəzəbləndi - VİDEO

Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Əli Məhluf israilli model Mişel İdam ilə lüks avtomobildə görüntülənib.

Missiya.Az
xəbər verir ki, modellə Əli Məhlufunun videosunu “YouTuber” Daniel Mak Kaliforniyada lentə alıb. Danielin çəkdiyi görüntülərdə Əli Mahlufun 670 at gücündə “Ferrari 488 Spider” markalı avtomobildə israilli model Mişel İdanın gəzdiyi öz əksini tapıb.

Sosial şəbəkədə yayılan video suriyalı izləyicilər tərəfindən tənqid olunub. Suriyalı izləyicilər yazıblar ki, Əli Mahluf Bəşər Əsəd ilə qohumluqdan öz maraqları üçün istifadə edir və xalqı talamaqla məşğuldur.

İstifadəçilərdən biri Əli Mahlufun avtomobilinin dəyərini hesablayıb və qeyd edib ki, həmin maşının pulu minlərlə kasıb suriyalının aylıq xərclərinə bərabərdir. Başqa bir istifadəçi isə Əli Mahlufun geyindiyi şalvarın qiymətinin 1300 dollardan çox olduğunu yazıb.

Qeyd edək ki, Əli Məhluf Bəşər Əsədin əmisi Rami Mahlufun oğludur. R.Mahluf suriyanın nüfuzlu iş adamlarındandır.

Xatırladaq ki, 2008-ci ildə ABŞ-ın Ticarət Departamenti Rami Mahluf və onun biznesinə Bağlı şirkətlərə sanksiya tətbiq edib. Həmçinin Suriya Telekommunikasiya Nazirliyi “Suriyatel”in idarə heyətinin rəhbəri Rami Mahlufu 180 milyon dollar vergi borcu olduğuna görə məhkəməyə verib. Məhkəmənin hökmü ilə may ayında Mahluf və ailənin əmlakına həbs qoyulub.

Hazırda 50 yaşı olan Rami Mahlufun 5 milyard dollar sərvətinin olduğu güman edilir.

VİDEO BURADA: https://www.haber7.com/dunya/haber/3156595-bessar-esedin-kuzeni-israilli-bir-modelle-abdde-goruntulendi (Klik edin)

Sevinc
Missiya.Az

  • 1-11-2021, 12:25