AZ   |   RU
İran "iPhone" idxalına qoyulan qadağanı aradan qaldırıb


İran hakimiyyəti "iPhone" smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb və yaxın vaxtlarda ölkə daxilində idxalı,  qeydiyyatı üçün yeni mexanizm tətbiq olunacaq.

Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Satar Haşimi X sosial platformasında bildirib.

Haşimi yazıb ki, oktyabrın 30-da hüquqi məsələlər üzrə vitse-prezident və ticarət, sənaye və mineral sərvətlər nazirinin dəstəyi ilə məhdudiyyətləri aradan qaldırmaq üçün hökumətin icazəsini ala bilib.

"iPhone idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq", - nazir əlavə edib.



Zərintac Mayisqızı
Missiya.Az



  • 30-10-2024, 16:55