AZ   |   RU
Bu ölkədə iPhone 16-nın istifadəsi qadağan olundu

İndoneziya hökuməti ölkədə sentyabr ayında təqdim edilən iPhone 16 mobil telefonun istifadəsini qadağan edib.


Missiya.Az xəbər verir ki, bu barədə “Economic Times” məlumat yayıb.


Qeyd olunub ki, İndoneziyanın xarici şirkətlərə bir tələbi var: Yerli bazarda fəaliyyət göstərmək üçün yerli istehsala investisiya qoymalıdırlar. Apple öz öhdəliklərini yerinə yetirmədi, iqtisadiyyata tələb olunan 109 milyon dollardan cəmi 95 milyon dollar sərmayə qoydu.


Bildirilir ki, 14 milyon dollar az ödənildiyinə görə indoneziyalılar indi iPhone 16 modellerinin ölkədə istifadəsinə qadağa qoyulub.

 


Daşqın Həsənov
Missiya.Az



  • 28-10-2024, 15:02