AZ   |   RU
Ukraynanın "Bayraktar"larla ruspərəst separatçıları vurması bu ölkəni qəzəbləndirdi - Kiyevdən sərt cavab

Ukrayna ordusunun Rusiya tərəfdarlı separatçıların işğal altında saxladığı Donbas bölgəsində Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə etməsi qalmaqala səbəb olub. Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi “Bild” qəzetinə açıqlamasında bildirib ki, Ukraynanın münaqişə bölgəsində PUA-lardan istifadə etməsi Minsk razılaşmasına zidddir. 

Missiya.Az xəbər verir ki, XİN rəsmisi Donbasın münaqişə bölgəsinə yaxın ərazilərdə PUA-lardan yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) istifadə edə bilər. 

Rəsmi Kiyev də Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyənata münasibət bildirib. Ukraynanın Berlindəki səfiri Andrij Melnyk XİN-nin bəyanatını sərt tənqid edib. O bildirib ki, Ukranya Almaniya XİN-nin yaydığı bəyanatı birmənalı şəkildə rədd edir. 

Sitat: “Gecə-gündüz ağır silahlar ölkəmin ərazisini bombalayır. Dinc sakinlər və əsgərlər həlak olur. Bizim özümüzü müdafiə haqqımız var. Almaniya bizi ittiham etməməlidir, Moskvanı əvvəlki mövqelərinə çəkilməyə məcbur etmək üçün səyləri artırmalıdır”, - sitatın sonu. 

Almaniya Xarici İşlər Nazirliyi həmçinin tərəfləri gərginliyi azaltmağa çağırıb.

Qeyd edək ki, “Bild” qəzetinin müxbiri təmas xəttinə 30 km-lik məsafədə PUA-lardan istifadənin mümkünlüyünə diqqət çəkib. Müxbir bu məlumatı 2014-cü ilin sentyabrında imzalanmış Minsk razılaşmasına istinadən yayıb. O bildirib ki, Berlin və Moskvanın iddiaları həqiqəti əks etdirmir, çünki “Bayraktar TB2” “xarici” ölkəyə deyil, Ukrayna dövlətinin özünə məxsusdur. Eyni zamanda, 2014-cü ilin sentyabrında imzalanmış Minsk razılaşması indi köhnəlib. Bu müqavilənin əvəzinə 2015-ci ilin fevralında müqavilə imzalanıb.

Xatırladaq ki, Ukrayna ordusu ötən gün ilk dəfə Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları Donbasdakı rusiyayönümlü separatçılara zərbələr endirib. İddia olunur ki, PUA-lar Donbasın Granitnoya kəndindəki separatçıların  topçu batareyalarını hədəf alıb. Zərbələr nəticəsində Rusiya tərəfdarı olan separatçıların topçu batariyasının dağıdıldığı, silahlıların ciddi itkilər verdiyi və postları qoyub qaçdığı bildirilir.  
 
Elvin
Missiya.Az


 

  • 29-10-2021, 14:51