AZ   |   RU
İrəvan və Bakıya sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3”dən istifadə etmək təklif edildi

 

İrəvan və Bakı sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyə dəvət edildi. 

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Cənubi Qafqaz və Yaxın Şərqdə əməkdaşlıq üzrə altıtərəfli (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) məsləhətləşmələr formatının başlanması 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif edilib.

Artıq üç görüş keçirilib, lakin Gürcüstan onların heç birində iştirak etməyib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 18-10-2024, 16:58