AZ   |   RU
Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir

 

Ermənistan münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir. 

Missiya.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda regional “3+3” platformasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub, lakin hazırda heç bir görüş nəzərdə tutulmur.

Rusiyalı nazir vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələləri bütövlükdə müzakirə etmək və cəlb olunmuş ölkələri tezliklə razılığa gəlməyə təşviq etmək təklif olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • 18-10-2024, 16:43