AZ   |   RU
“Siemens” şirkəti Akkuyu AES ilə müqaviləsini pozub

“Almaniyanın “Siemens” şirkəti Türkiyənin Akkuyu AES-ə avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozdu və onunla danışıqlar nəticə vermədi”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə müsahibəsi zamanı məlumat verib.


O, bildirib ki, “Rosatom” türkiyəli tərəfdaşları ilə birlikdə bütün lazımi düzəliş tədbirlərini həyata keçirib və bunun həlli üçün dost ölkələrdən alternativ avadanlıq alınıb.


“Təəssüf ki, bir sıra qeyri-dost ölkələr türk xalqının bu arzusunun reallaşmasına mane olmağa çalışırlar”, - deyə siyasətçi vurğulayıb.


Novak qeyd edib ki, bununla belə, biz Türkiyə tərəfi ilə birlikdə “Akkuyu” AES-in dörd enerji blokunun hamısının 2028-ci ildə işləməsini təmin etmək üçün bütün səyləri göstəririk.


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:47