AZ   |   RU
İranla yeni razılaşma üçün danışıqlara hazıram - Tramp


Keçmiş ABŞ prezidenti və hazırda Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında prezidentliyi dövründə imtina etdiyi İranın nüvə sazişinin yeni variantı ilə bağlı İranla danışıqlara hazır olduğunu açıqlayıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Belə ki, D. Tramp jurnalistlərə açıqlamasında yenidən prezident seçiləcəyi halda nüvə sazişinə dair nə niyyətinin olmasına dair açıqlama verməsə də, İranın nüvə silahı əldə etməsi təhlükəsi səbəbindən danışıqlara ehtiyac olduğunu bildirib.

Sabiq prezident İranla sövdələşmənin olub-olmayacağı sualına cavab olaraq deyib: “Mən bunu mütləq edəcəyəm. Biz razılığa gəlməliyik, çünki nəticələr hələ mümkün deyil”.

Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 17:21