AZ   |   RU
Qara, yoxsa yaşıl çay? - ARAŞDIRMA


Çay çox sevilən içki növlərindən biridir. Azərbaycanda da bəyənilərək içilir, hətta isti günlərdə belə. Çox ləzzətlə istehlak olunur və susuzluğu da yatırır. Qonaqlara əksər vaxt ilk həmin içkini təqdim edirik. Bəzi insanlar qara, digərləri isə yaşıl çaya üstünlük verirlər.

Bunlardan hansının daha faydalı olması hər zaman müzakirə mövzusuna çevrilib. Araşdırmalara görə hər ikisi "Camellia sinensis" bitkisindən hazırlanır. Mütəxəssislər deyir ki, həm yaşıl, həm də qara çayın özünəməxsus xeyirləri mövcuddur, aralarındakı fərqləri elə də böyütmək lazım deyil.

Qara çayın faydaları: İltihaba qarşı təsirlidir, bağırsaq sağlamlığı üçün effektivdir, xolesterolu azaltmağa kömək edir, ürəyə xeyirlidir, tərkibində yüksək kofein var və səhərlər özünü yorğun hiss edənlər üçün idealdır.



Yaşıl çayın faydaları: Tərkibində güclü antioksidantlar (orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir) mövcuddur, bu çay da ürək sağlamlığı üçün xeyirlidir, daha balanslı enerji təmin edən aşağı kofeinli içkidir, diqqəti cəmləməyə yardımçı olur, yüngül qidalarla asanlıqla istehlak etmək mümkündür - salatlar, meyvələr və s.



Zərintac Mayisqızı
Missiya.Az



  • 23-09-2024, 14:02